“Sabah” Serbiya millisinin futbolçusu ilə anlaşdı

Sportarena.az      14 Sentyabr 2021 , 12:12

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Sportarena.az Qol.az klubun saytına istinadən xəbər verir ki, serbiyalı hücumçu Petar Şkuletiç bundan sonra komandanın uğurları üçün çalışacaq. 31 yaşlı futbolçu ilə müqavilə müddəti 2 ildir.

 

Şkuletiç karyerası ərzində Serbiyanın “Teleoptik” (2008/2009), “Voyvodina” (2011-2014), “Radniçki Niş” (2013), “Partizan” (2014/15), Avstriyanın LASK (2009-2011), Monteneqronun “Zeta” (2011), Rusiyanın “Lokomotiv” (Moskva, 2015-2017), Türkiyənin “Gənclərbirliyi” (2017/18), “Sivasspor” (2020) və Fransanın “Monpelye” (2018-2021) klublarında çıxış edib.

Petar Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub. Yeni transfer “Sabah”da 7 nömrəli formada çıxış edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin