Mourinyonun 1000-ci oyunu

Sportarena.az      15 Sentyabr 2021 , 11:54

“Roma” İtaliya A seriyasının 3-cü turunda “Sassuolo”nu məğlub edib.

Sportarena.az xəbər verir ki, bu qarşılaşma paytaxt klubunun çalışdırıcısı Joze Mourinyo üçün əlamətdar olub. Portuqaliyalı mütəxəssis baş məşqçi kimi 1000-ci oyununa çıxıb.

2000-ci ildən məşqçiliyə başlayan Mourinyo  1000 matçda 638 qələbə qazanıb. 58 yaşlı mütəxəssis 204 heç-heçə edib və 158 dəfə də məğlub olub.

 
Qeyd edək ki, Mourinyo karyerası ərzində  Portuqaliyada “Benfika”, “Leyriya”, “Portu”, İngiltərədə “Mançester Yunayted”, “Çelsi”, “Tottenhem”, İtaliyada “İnter”, İspaniyada “Real” kimi klublarda çalışıb. O, Portuqaliya, İngiltərə, İtaliya, İspaniya çempionu olub, Çempionlar Liqası və Avropa Liqasını qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin