"Ronaldo ehtiyatda qalarsa, bu, təəccüb doğurmamalıdır" - "Mançester Yunayted"in baş məşqçisi

Sportarena.az      14 Sentyabr 2021 , 11:37

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer yeni transferləri Kriştiano Ronaldo haqqında danışıb. 

Sportarena.az xəbər verir ki, o, lazım gəldiyi halda 36 yaşlı hücumçunu ehtiyat oyunçular skamiyasıda saxlayıb, əsas heyətə daxil etməyəcəyini deyib: 

 

"Ronaldo özünə çox diqqət edən bir futbolçudur. Onun oynamağı bizim üçün vacibdir. Amma Ronaldo ehtiyatda qalarsa, bu, təəccüb doğurmamalıdır. Mən 36 yaşlı bir futbolçunun oyun dəqiqələrini hesablamalıyam". 

Qeyd edək ki, Ronaldo "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin