"Neftçi"nin sabiq yarımmüdafiəçisinin yeni klubu müəyyənləşdi

11:00 15 Sentyabr 2021

Məhşur yaponiyalı futbolçu Keysuke Hondanın yeni klubu müəyyənləşib.

Sportarena.az xəbər verir ki, ötən mövsümün sonunda "Neftçi"dən ayrılan yarımmüdafiəçi karyerasını Litvada davam etdirəcək. O, "Suduva" klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ancaq sözləşmənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Keysuke Honda "Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub. O, karyerası ərzində “Naqoya” (Yaponiya), “Venlo” (Niderland), ÇSKA (Moskva, Rusiya), “Milan” (İtaliya), “Paçuka” (Meksika), “Melburn Viktori” (Avstraliya), “Vitess” (Niderland) və "Botafoqo"da  da (Braziliya) çıxış edib.


Digər xəbərlər

Xəbər xətti