Konfrans liqası: "Qarabağ" "Bazel"lə heç-heçə etdi - YENİLƏNİB

23:07 16 Sentyabr 2021

Bu gün Konfrans Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz "Qarabağ" da meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda İsveçrənin “Bazel” klubu ilə üz-üzə gəlib.

Bu mövsüm keçirdiyi 6 oyunda uduzmayan Ağdam təmsilçisi doğma meydanda 3 xal üçün mübarizə aparıb.

 

16 sentyabr

Konfrans Liqası

H qrupu, 1-ci tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Bazel” (İsveçrə)  0:0
Baş hakim:
 Erik Lambrexts (Belçika)
Bakı Olimpiya Stadionu


Xəbər xətti