Azərbaycan millisi FİFA reytinqində 5 pillə gerilədi

14:29 16 Sentyabr 2021

FIFA yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sportarena.az xəbər verir ki, ötən ay açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandası 5 pillə geriləyərək 1158 xalla 117-ci pillədə qərarlaşıb. Milli Mozambik, Malavi, Zimbabve kimi yığmalardan geridədi.

Siyahıya Belçika başçılıq edir. Braziliya 2-ci, İngiltərə isə 3-cüdü.


Digər xəbərlər

Xəbər xətti