"Mahir Emreli yaxşı oyun nümayiş etdirdi" - "Legiya"nın baş məşqçisi

Sportarena.az      16 Sentyabr 2021 , 14:45

Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda səfərdə "Spartak"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında komandanın futbolçusu Mahir Emreli haqda müsbət fikirlər səsləndirib.

Sportarena.az xəbər verir ki, o, millimizin üzvünün sözügedən matçda yaxşı oynadığını deyib: 

 

"Bilirdik ki,  Cikiya ("Spartak"ın kapitanı - red) bir qədər yorula bilər. Çünki o, yaxşı oyun nümayiş etdirən Mahir Emreli ilə mübarizədə çox qaçmalı olmuşdu. Onun sayəsində Lirim Kastratinin meydana çıxaraq komandasına kömək etməsi üçün mükəmməl vaxt idi. Daha sonra Tomas Pekhart və Ernest Muçi meydana çıxmağa hazır olduqları ərəfədə Lukinyas və Emreli yaxşı imkan yaratdılar. Bu qolla bitə bilərdi, amma alınmadı. Əvəzetmələrimiz isə bəhrəsini verdi. Futbolçularımız əla kombinasiya yaratdılar və biz qol vurduq".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin