Qurban Qurbanov: "Sona kimi mübarizə aparıb yaxşı nəticə əldə edəcəyimizə inanıram"

Sportarena.az      16 Sentyabr 2021 , 23:23

"Qarabağ" Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk turunda İsveçrənin "Bazel" klubu ilə 0:0 hesablı heç-heçə edib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Azarkeşlərə ürəkdən təşəkür edirəm. Möhtəşəm ab-hava var idi. Bu gün çatışmayan bircə qol idi. Çox dinamik, sürətli komandaya qarşı oynadıq. Buna baxmayaraq müdafiəni rəqib zonada qurmağa çalışdıq. İlk 10 dəqiqə düşündüyümüz kimi alınmadı. Dərhal dəyişiklik etdik. Bu, tam başqa bir turnirdi. Futbolçulara təşəkkür edirəm. Qarşıda daha yaxşı olacağıq. Qalib gəlməyi çox istəyirdik. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticə əldə edəcəyik.

 

-  Oyununun sonlarına yaxın yorğunluq hiss olunurdu. Rəqib 5 əvəzetmə etdi, sizsə cəmi 2. Bu nə ilə bağlıdı?

- Mən komandada yorğunluq hiss etmədim. Ona görə də dəyişikliyə əl atmadım. Futbolçular sona kimi tempi qoruyub saxlaya bildi. Buna görə də dəyişiklik etməyə risk etmədim. Futbolçular bir-birini yaxşı anlayırdılar. Onların fiziki durumundan razı qaldım.

 

- Qol üçün nə çatmadı?

- Biz qol vurmaq üçün çox istəkli idik. Nəsə çatmır desəm, düz çıxmaz. Konkret fikir bildirə bilməyəcəm. Qarşıdakı oyunlarda bunun əvəzi çıxılacaq.

 

- “Qarabağ”da sanki hücumçu çatışmır. Transfer haqda düşünürsüz?

- Yəqin ki, mənə ən çox verilən sual budur. Rəqib müdafiəçilər ən diqqətli hücumçulara qarşı olur. Rəqib bizim “Neftçi” ilə oyunumuza baxıb. İbrahima Vadjiyə qarşı həddindən artıq diqqətli oynayırdılar. Transfer pəncərəsi balanıb. Bu gün komandaya hücumçu gətirmək niyyətimdə deyiləm.

 

- Qrupun ən güclü komandasına qarşı oynadız. “Qarabağ”ın qrupdan çıxmaq şansını necə dəyərləndirirsiz?

- Hər turnirdə maksimum nəticə əldə etməyə çalışırıq. Futbol çox inkişaf edib. Güclü ilə zəif arasında fərq o qədər də hiss olunmur. Bizə qarşı hər komanda çox ciddi hazırlaşır. Komandaların arasında böyük fərq yoxdu. Hamımız qarşımıza məqsəd qoymuşuq ki, əlimizə düşən şansdan istifadə edək. Sona kimi mübarizə aparıb yaxşı nəticə əldə edəcəyimizə inanıram.

 

- Xayme Romeronun əvəzinə müdafiəçi Veşoviçi meydana buraxdız. Qasparın oyuna çıxmamağının səbəbi nədi?

- Romero zədələndi. Durumu sabah bilinəcək. Belə oyunlarda təcrübəli oyunçular vacibdi. Qaspar formasından çox uzaqdı. Buna görə Marko Veşoviçi oyuna buraxdıq. Milli komandada da bu mövqedə oynayır. Universal futbolçudu. Məncə oyunu pis alınmadı.

 

- 2017-ci ildən sonra bu komandanı ən yaxşı “Qarabağ” hesab emək olar?

- Bir az fərqlidi. Hə dövrün öz futbolçuları olur. Hər zaman futbolçulardan razılıq bildirmişəm. Ustalıq səviyyəsi aşağı ola bilər, amma ümumən hazırki kollektiv daha istəklidi.

 

- Ramil Şeydayevin epizodu zamanı hansı hisslər keçirdiz?

- Siz hansı hisslər keçirdizsə, mən də onu. Ramilə görə heyfsləndim. Çox işgüzar, əziyyət çəkən futbolçudu. Bu qol onu daha inamlı edə bilərdi. Məncə həmin epizod ona inam verdi. Ramilə inanıram, güvənirəm.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin