"Qarabağ" Avropada ən yaxşılar sırasında qərarlaşıb

08:00 18 Sentyabr 2021

Konfrans Liqasının qrup mərhələsində 1-ci turdan sonra komandaların statistik göstəricilər açıqlanıb.

Sportarena.az xəbər verir ki, "Bazel"lə (İsveçrə) Bakıda 0:0 hesablı heç-heçəyə razılaşan "Qarabağ" ən yaxşılar arasına düşməyi bacarıb. Ağdam təmsilçisi 58 faiz topa sahib olma ilə oynayıb və bu göstəricidə 6-cı olub.  Həmçinin "Qarabağ" ən çox küncdən zərbə yerinə yetirən ikinci komandadır - 8 küncdən zərbə. Birinci pillədə isə Niderlandın "Vitesse" (12) klubudur.

 

Qeyd edək ki, "Qarabağ" H qrupunda "Bazel"lə yanaşı, "Omoniya" (Kipr) və "Kayrat"la (Qazaxıstan) da mübarizə aparacaq. 


Digər xəbərlər

Xəbər xətti