“Sabah”la “Zirə”nin 12-ci dueli

Sportarena.az      18 Sentyabr 2021 , 09:51

Həftəsonu Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək. “Sabah” bu turda səfərdə “Zirə” ilə qarşılaşacaq. 


Sportarena.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç bu komandalar arasında Premyer Liqada 12-ci olacaq.

 

Bu günə kimi keçirilmiş görüşlərdən 5-də “Sabah”, 3-də “Zirə” qalib gəlib, 3 qarşılaşma isə heç-heçə başa çatıb (top fərqi 15-13). Səfərdə keçirilmiş oyunlarda da "Sabah"ın üstünlüyü var. Belə ki, bu görüşlərin 3-də “Sabah”, 1-də “Zirə” qalib gəlib, 2 matç isə heç-heçə nəticələnib (top fərqi 9-5).

 

“Zirə” – “Sabah” oyunu sentyabrın 18-də saat 19:15-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin