"Qəbələ" - "AZ Alkmar" matçının hakimləri açıqlandı

13:29 18 Sentyabr 2021

UEFA Gənclər Liqasında iştirak edən "Qəbələ" I mərhələdə Niderlandın "AZ Alkmar" klubu ilə qarşılaşacaq. 

 

Sportarena.az xəbər verir ki, bu oyunu idarə edəcək hakimlər müəyyənləşib. Görüşdə Ukrayndan olan hakimlər briqadası ədaləti qoruyacaq.

 

Matçın baş hakimi Viktor Kopyevski olacaq. Ona həmyerliləri Vitali Skoblya və Vladimir Korotin kömək edəcək. Qarşılaşmada 4-cü hakim funksiyasını Azərbaycandan olan Fərid Hacıyev yerinə yetirəcək.

 

Qeyd edək ki, "Qəbələ" - "AZ Alkmar" matçı sentyabrın 29-cu saat 17:00-da Qəbələ Şəhər Stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti