“Real”ın zədəlisi daha 3 həftə oynamayacaq

15:32 18 Sentyabr 2021

İspaniyanın “Real” klubunun zədəli futbolçusu Ferlan Mendi daha bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Sportarena.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 
 
Xəbərdə, fransalı müdafiəçinin daha 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
 
Mendi may ayından bəri futbol oynamır. Fransa millisinin də üzvü olan futbolçu, 2019-cu ildən Madrid təmsilçisinin formasını geyinir. O, əvvəllər “Havr” və “Olimpik” (Lion) klublarının da uğurları üçün çalışıb.


Digər xəbərlər

Xəbər xətti