“Bursaspor”un baş məşqçisi Namiklə xüsusi görüş keçirdi

16:00 18 Sentyabr 2021

Milli komandamızın üzvü Namik Ələskərovun şərəfini qoruduğu "Bursaspor" Türkiyə 1-ci liqasının 6-cı turunda səfərdə "Tuzlaspor"la qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, Bursa təmsilçisinin baş məşqçisi Fatih Təkkə bu matçdan öncə həmyerlimizlə özəl görüş keçirib. 44 yaşlı mütəxəssis Namikə "hazır ol" mesajı verib və növbəti oyunda ona start heyətində şans verəcəyini bildirib.

 

Qeyd edək ki, Namik Ələskərov 5-ci turda "Samsunspor"la görüşdə (4:1) meydana 2-ci hissədə daxil olaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti