Türkiyə çempionatı: "Beşiktaş" səfərdə qalib gəldi

10:25 19 Sentyabr 2021

Futbol üzrə Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.
 
Lider “Beşiktaş” bu turda “Antalyaspor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyunda çətin qələbəyə sevinib.
 
“Trabzonspor” isə “Kasımpaşa” ilə səfər oyununda 3 xalı tək qolla qazanıb.
 
“Sivasspor” – “Qaziantep” matçında qalib müəyyənləşməyib. “Adana Dəmirspor” isə “Rizəspor”u məğlub yola salıb.
 
Türkiyə Super Liqası
5-ci tur
17 sentyabr
 
Yeni Malatyaspor – Fatih Karagümrük 3:4
Qol: Tetteh, 18. Eskihellaç, 24. Şuyar, 40 – Bertolaççi, 30; 88. Peşiç, 44; 76.
 
Altay – Göztəpə 2:1
Qol: Kappel, 71. Payşao, 90+3 – S.Aydoğdu, 26-pen.
 
18 sentyabr
 
Sivasspor – Qaziantep 1:1
Qol: Yatabare, 21 – Fiqeyredo, 90+2.
 
Kasımpaşa – Trabzonspor 0:1
Qol: Bakasetas, 53.
 
Antalyaspor – Beşiktaş 2:3
Qol: Rayt, 42. V.Sarı, 45+1 – R.Yılmaz, 49. Batşuayi, 65. Gezzal, 76.
 
Adana Dəmirspor – Rizəspor 3:1
Qol: Balotelli, 31-pen. Varqas, 40. Byarnason, 66 – Boldrin, 53.


Digər xəbərlər

Xəbər xətti