Lionel Messi ilə PSJ-nin baş məşqçisi arasında qalmaqal - VİDEO

Sportarena.az      20 Sentyabr 2021 , 11:11

PSJ-nin futbolçusu Lionel Messi Fransa çempionatının 6-cı turunda "Lion"la matçda (2:1) əvəzləndikdən sonra baş məşqçi Maurisio Poçettinonun əlini sıxmayıb.

Sportarena.az xəbər verir ki, 76-cı dəqiqədə Aşraf Hakimi ilə əvəzlənən argentinalı hücumçu mütəxəssinin əlini sıxmaqdan imtina edərək birbaşa ehtiyat oyunçular skamyasına gedib.

 

Görüşdən sonra Poçettino Messini niyə əvəzlədiyi və 34 yaşlı oyunçunun hərəkəti haqda danışıb: "Messini zədədən qorumaq üçün bu addımı atmaq qərarına gəldik. Qarşıda vacib oyunlar var və onun yaxşı olacağına əmin olmalıyıq. Komanda naminə belə qərarlar veririk. Hamı bilir ki, əla futbolçularımız var, buna görə də hər zaman məsuliyyət daşıyırıq.

Messinin əvəzlənmədən narazılığı? Komanda və hər bir oyunçu üçün nəyin daha yaxşı olduğunu nəzərə alaraq, matç günü və  oyunun gedişatında seçim etməliyik.

Bəzən qərarlar düzgün olur, bəzən də olmur, amma məşqçinin etməli olduğu şey qərarları verməkdir. Bəzilərinin xoşuna gələ bilər, bəzilərinin yox. Lionellə artıq danışmışam və dedi ki,hər şey yaxşıdır, heç bir problem yoxdur". 

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin