Mahir Emreli qol vurdu, komandası mərhələ adladı - VİDEO

10:55 23 Sentyabr 2021

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.

Sportarena.az xəbər  verir ki, Varşava təmsilçisi  səfərdə  aşağı liqa klubu “Suvalki” ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn "Legiya" növbəti mərhələyə yüksəlib.

 

Mahir də bu görüşdə iştirak edib. O, 56-cı dəqiqədə meydana daxil olub. Millimizin üzvü 80-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, Emrelinin Polşa kubokunda ilk qoludur.

22 sentyabr

"Suvalki" - "Legiya" - 1:3

Qollar: Miçalski, 40 (1:0), Kostors, 42 (1:1), Kastrati, 65 (1:2), Emreli, 80 (1:3)

 

 


Digər xəbərlər

Xəbər xətti