“Qalatasaray” azarkeşləri Fatih Terimin istefasını istəyir

Sportarena.az      23 Sentyabr 2021 , 13:15
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Super Liqanın 6-cı turunda “Kayserispor”a məğlub olduqları oyunu şərh edib. Sportarena.az xəbər verir ki, Terim, 0:3 hesabıyla bitən qarşılaşma ilə bağlı bunları deyib:
 
“Xal itirmək istəməzdik, amma bu, futboldur. Belə itkilərin mövsümün əvvəlində olması daha yaxşıdır. Biz “Qalayasaray”ıq, belə şeyləri çox görmüşük. Bu vəziyyətdən çıxmağı yaxşı bilirik.
 
“Qalatasaray”lılar bilməlidirlər ki, nəticə olmasa da, biz düz yoldayıq. Məyus olmağa ehtiyac yoxdur. Biz hər oyunçunun nə etmək istədiyini, necə olduğunu yaxşı bilirik. Narahat olmasınlar. Qarşıda vaxtımız var, bunları düzəldəcəyik”.
 
Qeyd edək ki, “Qalatasaray” fanatları Kayseridəki məğlubiyyətdən sonra xüsusilə sosial şəbəkələrdə kütləvi şəkildə Terimin istefa verməsini tələb edirlər. Komanda bu mövsüm Super Liqada keçirdiyi 6 oyunda 8 xal toplayıb və 11-ci sırada qərarlaşıb.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin