Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında təmsil olunacaq

Sportarena.az      25 Sentyabr 2021 , 10:44
Azərbaycan tarixdə ilk dəfə badminton üzrə dünya çempionatının final mərhələsində təmsil olunacaq. Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Azərbaycan millisinin üzvü Edi Reski Dviçayo bu ilin 12-19 dekabrında İspaniyanın Huelva şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək ilk badmintonçumuz olacaq. 
 
Bununla bağlı Dünya Badminton Federasiyası (BWF) “TotalEnergies BWF World Championships 2021” turnirinə vəsiqə qazanmış badmintonçuların siyahısını açıqlayıb. Edi kişi badmintonçuların şəxsi yarışında 64 idmançı arasında 45-ci olaraq dünya çempionatına lisenziya əldə edib.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin