Rüstəm Orucov Olimpiadadan sonra yarışa nə vaxt start verəcək?

Sportarena.az      25 Sentyabr 2021 , 10:58

“Parisdə keçiriləcək Böyük Dəbilqə yarışına hazırlaşıram. Amma indi də zədələrim var”.

Bunu Oxu.Az-a açıqlamasında cüdoçumuz Rüstəm Orucov deyib.

O, Xorvatiyanın paytaxtı Zaqrebdə bu gün başlayan Qran Pri yarışında iştirak etməməsinin səbəbini zədəsinin olması ilə əlaqələndirib. 29 yaşlı Avropa çempionu, Olimpiya və dünya mükafatçımız gələn ay Fransanın paytaxtındakı yarışda iştirak edə biləcəyini qeyd edib:

 

“Çiynimdə zədəm var. Hələ bilmirəm ki, Parisdəki yarışa da çatdıra biləcəyəm, ya yox. Alınmasa, Olimpiadadan sonra ilk yarışım Bakıdakı Böyük Dəbilqə turniri olacaq”.

 

Qeyd edək ki, Parisdəki Böyük Dəbilqə yarışı 16-17 oktyabrda, Bakıdakı analoji turnir isə 5-7 noyabr tarixlərində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin