"Qarabağ" "Keşlə" ilə heç-heçə etdi, "Zirə" "Səbail"ə qalib gəldi - YENİLƏNİB

21:33 25 Sentyabr 2021

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, günün ilk oyunu "ASK Arena"da baş tutub. Burada "Keşlə" "Qarabağ"ı qəbul edib. Qarşılaşma saat 17:00-da start götürüb.

 

Günün ikinci oyununda isə "Səbail" öz meydanında "Zirə"ni qəbul edib. "ASCO Arena"da keçirilən matçın start fiti saat 19:15-də səslənib.

 

Tura sabah oynanılacaq "Sumqayıt" - "Qəbələ" və "Sabah" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.

 

Azərbaycan Premyer Liqası, 5-ci tur

25 sentyabr

 

“Keşlə” – “Qarabağ” 1:1
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”, 17:00

 

“Səbail” – “Zirə” 1:2
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”, 19:15


Digər xəbərlər

Xəbər xətti