Sənan Qurbanov: "Bu xal bizə pozitivlik gətirəcək"

Sportarena.az      25 Sentyabr 2021 , 23:16

Azərbaycan Premyer Liqasının 5-ci turunda "Keşlə" öz meydanında "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Ardıcıl məğlubiyyətlər bizə çox pis təsir edirdi. Çətin də olsa, bu vəziyyətdən çıxmağa nail olduq. Oyunçular qorxmadılar, xarakter göstərdilər, sonadək mübarizə apardılar. Onları təbrik edirəm. "Qarabağ" topla oynamağı sevir. Ona görə də oyunadək bütün məşqlərdə yalnız müdafiənin üzərində çalışmışdıq.

 

- Qırmızı vərəqə almağınızın səbəbi nə idi?

- Oyunu kənardan izləmək çətindi. Uduzmaq istəmirdik. Hakimin qərarı ilə razılaşmadım.

 

- Bu gün çempionatda ilk xalınızı qazandız. Bunun komandaya təsiri necə olacaq.

- Bu, komandaya təkan olmalıdır. Hər baş məşqçiyə zaman lazımdır. Həftəlik proqramla işimizi davam etdiririk. Bu xal bizə pozitivlik gətirəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin