Azərbaycanlı hücumçu Portuqaliyada daha bir qol vurdu

Sportarena.az      26 Sentyabr 2021 , 12:46
Futbol üzrə Portuqaliya çempionatında 7-ci turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Famalikan” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.
 
Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Tondela”nın sonuncu və qələbə qolunu da millimizin forvardı vurub. O, 84-cü dəqiqədə rəqib qapısına yol tapıb, 86-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.
 
Dadaşov ötən tur “Braqa”ya 1:3 hesabıyla uduzduqları matçda da qolla yadda qalmışdı.
 
“Tondela” 7 turdan sonra 6 xalla 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin