Azərbaycan cüdoçusu Zaqrebdə qızıl medal qazandı

Sportarena.az      26 Sentyabr 2021 , 13:58
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə qran-priyə start verilib. Sportarena.az xəbər verir ki, Azərbaycan cüdoçusu Hidayət Heydərovun bu turnirdəki çıxışı uğurlu alınıb.
 
73 kq-da çıxış edən idmançı 1/16 finalda israilli Yonatan Elbaz, növbəti mərhələdə isə moldovalı Petru Pelivana ipponla qalib gələrək, 1/4 finala yüksəlib. Onun bu raunddakı rəqibi Rumıniya təmsilçisi Aleksandru Rayku olub. Bu dəfə də ipponla qələbə qazanan Heydərov yarımfinala yüksəlib. 24 yaşlı cüdoçu finala vəsiqə uğrunda rusiyalı Maxmadbek Maxmadbekovla qarşılaşıb. Rəqibinə vazari xalı ilə qalib gələn Heydərov finala yüksəlib. Finalda onun rəqibi moldovalı Viktor Sterpu olub. Qarşılaşmanın sonlarında rəqibinə ipponla qalib gələn Heydərov qızıl medal qazanıb. 
 
Qeyd edək ki, Azərbaycanın bu turnirdəki digər təmsilçisi Məmmədəli Mehdiyev (90 kq) sabah - sentyabrın 26-da mübarizəyə başlayacaq. O, 1/8 finalda polşalı Sebastyan Oldakla üz-üzə gələcək.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin