“Mahir Emrelinin başla zərbəsi qol olsaydı…” – "Legiya"nın baş məşqçisi

Sportarena.az      26 Sentyabr 2021 , 15:09
Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç Ekstraklasanın 9-cu turunda “Rakuv”a qarşı keçirdikləri oyunu şərh edib. Sportarena.az xəbər verir ki, Mixneviç, 2:3 hesabıyla uduzduqları oyunla bağlı bunları deyib:
 
“Oyuna yaxşı başladıq. Topu saxladıq, oyuna nəzarət etdik. Andre Martinsin dəyərləndirə bilmədiyi 100 faizlik qol imkanımız oldu. Daha sonra səhv etdik və rəqib hesabı açdı. Rəqibə qolu hədiyyə etdik. Bundan sonra Mahir Emrelinin gözəl zərbəsindən sonra fərqi azaltdıq. Meydanda bərabər oyun gedirdi və daha çox qol imkanları yaratdıq.
 
Dəyişikliklər etdik. Yaxşı qol imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Ən azından hesabı bərabərləşdirmək üçün 2 çox yaxşı imkanımız oldu. Biri Rafa Lopesin zərbəsi idi. Digəri isə Mahirin son dəqiqələrdəki qol imkanı. Emrelinin başla zərbəsi qol olsaydı, hesab bərabərləşəcəkdi və növbəti qol haqda düşünməyə başlayacaqdıq. Amma olmadı. “Rakuv” imkanlarını dəyərləndirdi, biz yox. Buna görə məğlub olduq”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin