"Arsenal" London derbisini qazanıb - VİDEO

12:44 27 Sentyabr 2021

İngiltərə Premyer Liqasında 6-cı turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, "Arsenal" evdə "Tottenhem"lə qarşılaşıb. London derbisində meydan sahibləri qalib gəlib - 3:1.

 

"Arsenal" və "Tottenhem" 9 xalla 10-11-ci yerləri bölüşürlər. Turnir cədvəlinə 14 xalla "Liverpul" başçılıq edir.

 

"Arsenal" - "Tottenhem" - 3:1

Qollar: Emil Smit Rou, 12, Pyer-Emerik Obameyanq, 27, Bukayo Saka, 34 - Son, 79

 

 


Digər xəbərlər

Xəbər xətti