"Qarabağ"ın rəqibi doğma meydanda qələbəyə sevinib

13:28 27 Sentyabr 2021

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Bazel" İsveçrə çempionatında növbəti oyuna çıxıb.

Sportarena.az xəbər verir ki, komanda 8-ci turda "Sürix"i qəbul edib. Matç meydan sahiblərinini 3:1 hesablı qələbəsi ilə qərarlaşıb.

Bu qələbə ilə xalıbnı 18-ə yüksəldən "Bazel" liderliyi qoruyub.

Qeyd edək ki, “Qarabağ”la “Bazel” arasında Bakıda keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə olacaq. 


Xəbər xətti