Şahmatçılarımız dünya çempionatına heç-heçə ilə başladı

Sportarena.az      27 Sentyabr 2021 , 19:32

Azərbaycanın şahmat üzrə qadınlardan ibarət millisi dünya çempionatında mübarizəyə başlayıb.

Sportarena.az xəbər verir ki, İspaniyanın Sidjes şəhərində təşkil olunan yarışda Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət kollektiv iştirak edir. Komanda A qrupunda ilk görüşündə Hindistanla qarşılaşıb və 2:2 hesablı heç-heçə edib. İlk turda Z.Məmmədyarova istirahət edib.

 

Qeyd edək ki, Azərbaycan yığması 2-ci turda Ermənistanla üz-üzə gələcək.

Dünya çempionatı

A qrupu

1-ci tur

Azərbaycan - Hindistan - 2:2

Günay Məmmədzadə - Xarika Dronavali - 0:1

Gülnar Məmmədova - Rameşbabu Vaişali - 0:1

Ülviyyə Fətəliyeva - Tanya Sadçev - 1:0

Türkan Məmmədyarova - Bxati Kulkarni - 1:0

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin