"Legiya" Mahir Emrelinin qolu ilə "Lester"ə qalib gəldi

Sportarena.az      1 Oktyabr 2021 , 11:11

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" bu gün Avropa Liqasında növbəti oyununa çıxıb.

Sportarena.az xəbər verir ki, Varşava təmsilçisi  C qrupunun 2-ci turunda doğma meydanda İngiltərə "Lester"ini qəbul edirb  Start heyəyətdə meydana çıxan Emreli görüşün 31-ci dəqiqəsində hesabı açıb. Bu, oyunda yeganə qol olub. Beləliklə, 24 yaşlı hücumçu komandasına vacib qələbə qazandırıb.

 

Mahir Emreli matçın 83-cü dəqiqəsində əvəzlənib. O, meydanı tərk edərkən rəqib futbolçusu Meddinsonla mübahisə edib və hakim hər iki oyunçuya sarı vərəqə göstərib.

Qrupun digər matçında Moskva "Spartak"ı səfərdə "Napoli"yə qalib gəlib - 3:2.

Qeyd edək ki, ilk turda "Spartak"ı 1:0 hesabı ilə məğlub edən "Legiya" hazırda 6 xalla C qrupunda liderdir.

30 sentyabr

20:45. "Legiya" (Polşa) - "Lester" (İngiltərə) - 1:0 

Qol: Mahir Emreli, 31

"Napoli" (İtaliya) - "Spartak" (Moskva, Rusiya) - 2:3

Qollar: Elmas, 1 (1:0), Promes, 55 (1:1), İqnatov, 81 (1:2), Promes, 90 (1:3), Osimhen, 90+4 (2:3)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin