“Qarabağ” Konfrans Liqasının ən yaxşıları arasında yer alıb

Sportarena.az      1 Oktyabr 2021 , 14:37

UEFA-nın rəsmi saytı Konfrans Liqasının 2-ci turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Sportarena.az xəbər verir ki, Azərbaycanın qrup mərhələsindəki yeganə təmsilçisi “Qarabağ” ən yaxşı göstəriclərə malik komandalar arasında yer alıb. Qurban Qurbanovun komandası rəqib qapısına ən çox zərbə endirən 32 komanda arasında 3-cü yerdədir (35 zərbə). Bu zərbələrdən 13-ü çərçivəyə, 15-i kənara gedib. 7 zərbə isə bloklanıb. İlk iki yeri “Vitess” (Niderland, 46 zərbə) və “Gent” (Belçika, 36 zərbə) tutur. “Roma” (İtaliya, 34 zərbə) 4-cü, “Lask” (Avstriya, 31 zərbə) 5-cidir.

 

Ağdam təmsilçisi qrupda 2 oyunda 4 qol vurub ki (orta hesabla hər oyuna 2 qol), bu nəticəylə komanda “Union”la (Almaniya) birgə 5-ci yeri bölüşdürür. Bu göstəricidə lider 8 qolla “Roma”dır (İtaliya). “Tottenhem” (İngiltərə, 7 qol) 2-ci, “Kopengahen” (Danimarka, 6 qol) 3-cü, “Makkabi” (Təl- Əviv, İsrail, 5 qol) 4-cüdür.

2 oyundan sonra “Qarabağ” 9 künc zərbəsi ilə 14-cü yerdə qərarlaşıb. Ağdam təmsilçisi 32 komanda sırasında ən az qol buraxan komandalar siyahısındadır (1 qol). Qol buraxma siyahısında onlar 24-cü yerdə qərarlaşıb. Ən çox qol buraxmağa görə (8 qol) 1-ci yeri isə Ermənistanın “Alaşkert” komandası tutur.

Ağdam klubu ən çox qayda pozuntusuna (34 dəfə) yol vermiş komandalar sırasında isə “Feyenoord”dan sonra (38) 2-ci yerdədir (2 sarı vərəqə).  Rəqibləri isə “Qarabağ”a qarşı 20 dəfə qayda pozuntusuna yol verib. Ən çox qayda pozuntusuna yol verən Kadi olub (8 dəfə). Bu futbolçuya qarşı isə 6 dəfə qayda pozulub.

Qeyd edək ki, “Qarabağ” 2 oyuna 1001 ötürmə edib ki, onlardan da 841-i dəqiq olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin