Türkiyə çempionatı: "Beşiktaş" çətin qələbəyə sevinib

02:09 3 Oktyabr 2021

Türkiyə Super Liqasında 8-ci tur davam edir.

Sportarena.az xəbər verir ki, 2-ci oyun günündə 4 qarşılaşma keçirilib. “Konyaspor” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Kayserispor” evdə “Trabzonspor”a, “Göztəpə” isə bu tura qədər qələbəsiz olan “Girəsunspor”a uduzub. Son çempion “Beşiktaş” bu dəfə “Sivasspor”u qəbul edib. “Qara qartallar” doğma meydanda çətin qələbəyə seviniblər.

 

2 oktyabr

"Konyaspor" – "Alanyaspor" - 1:1
Qol:
 Avazim, 87-öz qapısına – F.Aksoy, 49.

"Kayserispor" – "Trabzonspor" - 1:2
Qol:
 Bassan, 41 – Bakasetas, 12; 60-pen.

"Göztəpə" – "Girəsunspor" - 0:1
Qol: 
Diabate, 71-pen.

"Beşiktaş" – "Sivasspor" - 2:1
Qol:
 G.Yalçın, 32; 69 – R.Yılmaz, 54-öz qapısına.


Xəbər xətti