Emre Belözoğlu "Başakşəhər" klubunun baş məşqçisi oldu

15:29 4 Oktyabr 2021

Aykut Kocamanı istefaya göndərən Türkiyənin "Başakşəhər" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisini Emre Belözoğlu çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2023-cü ilədək müqavilə imzalanıb.

 

Qeyd edək ki, Emre Belözoğlu futbolçu karyerası ərzində 2015-2019-cu illərdə "Başakşəhər"də oynayıb. O, ötən mövsümün ikinci yarısında "Fənərbaxça"nın baş məşqçisi olub.


Digər xəbərlər

Xəbər xətti