“Mənim üçün çətin il oldu” - Teymur Rəcəbov

Sportarena.az      5 Oktyabr 2021 , 15:37
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun ilk mövsümünü 2-ci yerdə bitirən Teymur Rəcəbov açıqlama verib. Sportarena.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı, turnirdə göstərdiyi nəticədən razı qaldığını deyib:
 
“İkinci olduğum üçün çox xoşbəxtəm. Mənim üçün çətin il oldu. Həqiqətən, turnir mənə xoş anlar yaşatdı və Çempionlar Turu ilə bağlı gözəl xatirələrim var”.
 
Çempionlar Turunun ilk mövsümünün qalibi Maqnus Karlsen olub. Azərbaycan təmsilçiləri Teymur Rəcəbov 2-ci, Şəhriyar Məmmədyarov isə 10-cu olub.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin