Cüdoçumuz dünya çempionatında gümüş medal qazandı

Sportarena.az      6 Oktyabr 2021 , 20:00

İtaliyanın Olbia şəhərində cüdo üzrə gənclər arasında keçirilən dünya çempionatı davam edir.

Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Turan Bayramov final görüşünə çıxıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal uğrunda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə gəlib. Bayramov rəqibinə ipponla uduzaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

 

Qadın cüdoçu Səbinə Əliyevaisə bürünc medal görüşünə çıxıb. 52 kq-da yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada isveçrəli Binta Ndiaye ilə üz-üzə gəlib.

Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən qızıl xal bölümünə keçilib. Burada ipponla uduzan Əliyeva 5-ci yeri tutub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin