Mahir Emrelinin növbəti testi neqativ nəticələndi

19:52 12 Oktyabr 2021

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oktyabrın 11-də verdiyi COVID-19 testi pozitiv nəticələnmişdi. Bununla bağlı UEFA-ya müvafiq məlumat verilmişdi.

 

Sportarena.az xəbər verir ki, oktyabrın 11-də M.Emrelidən götürülən ekspress-test neqativ olmuşdu. Bu gün – oktyabrın 12-də futbolçunun növbəti PCR testi də neqativ nəticələnib.

 

Mahir Emrelinin son 24 saat ərzində verdiyi COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib.


Xəbər xətti