Lionel Messi yığmada ən çox qol vuran futbolçu seçilib

10:17 13 Oktyabr 2021

Argentina millisnin futbolçusu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsində Uruqvayla matçda (3:0) daha bir rekord qırıb.

Sportarena.az xarici KİV-lərə istinadən xəbər verir ki, oyunun 38-ci dəqiqəsində hesabı açan 34 yaşlı hücumçu millidə 80-ci qolunu vurub. Bununla da, o, Cənubi Amerika futbolçuları arasında  yığmada 80 qol vuran ilk oyunçu olub.

 

Qeyd edək ki, Messi Cənubi amerikalı bombardirlər siyahısında braziliyalı Pele (77 qol) və Neymarı (69), həmçinin uruqvaylı Luis Suaresi (64) qabaqlayır.


Xəbər xətti