De Byazi: “Serbiya ilə oyunda əlimizdən gələni etdik“

11:06 14 Oktyabr 2021

"Serbiya ilə oyunda ikinci hissəyə yaxşı müdafiə olunmaqla başlamağı ümid edirdim, amma onlar daha güclü idilər. Ancaq dünən meydanda sona qədər mübarizə apardıq və əlimizdən gələni etdik".


Sportarena.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiyaya 1:3 hesabı ilə uduzduqları oyun barədə "Radio Bruno"ya açıqlamasında deyib.

 

O, sözügedən matçda dubl edən Serbiya millisinin oyunçusu Duşan  Vlahoviç haqda müsbət fikirlər səsləndirib: "Vlahoviçi saxlamaq çətindir. O, yaxşı gücə və texnikaya malikdir. Duşan yaşından daha yetkin görünür. Məndə onun gözəl bir insan olduğu təəssüratı yaradır. Amma bugünkü futbolu şərh etmək çətindir. Artıq keçmişin romantikası yoxdur. Böyük klublara gedərsə, əminəm ki, yaxşı olardı. Hücumda böyük paya sahibdir və  hər top uğrunda mübarizə aparır. O, böyük bir karyerası ola biləcək oyunçudur".


Digər xəbərlər

Xəbər xətti