Canni de Byazi Kosovo millisini çalışdırmaq istəyir - FOTO

12:54 14 Oktyabr 2021

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Kosovo millisini çalışdırmağa hazırdı.


Sportarena.az xəbər verir ki, o, bu barədə Kosovo mətbuatına, daha dəqiq "İndeks Online" nəşrinə açıqlamasında deyib.

Bernar Şallandı istefaya göndərən Kosovo Futbol Federasiyasının yeni namizədləri arasında italiyalı mütəxəssisin də adı var. De Byazi məsələ haqda bu cür danışıb:

“Bir ay sonra Azərbaycan millisi ilə müqaviləm başa çatacaq. Kosovo Futbol Federasiyası ilə danışmamışam. Hər zaman təkliflərə açığam. Kosovo millisini çalışdırmaq xoş olardı. Şallandın ayrılığına üzüldüm. Çünki onu yaxından tanıyıram. Amma məşqçi işi belədi”.



Digər xəbərlər

Xəbər xətti