“Kimsə mənə istirahət gününün nə demək olduğunu izah edə bilər?” - Mahir Emreli

13:16 14 Oktyabr 2021

Millimizin hücumçusu Mahir Emreli "Legiya"da məşqlərə qatılıb.

Sportarena.az xəbər verir ki, bu barədə 24 yaşlı hücumçu özünün "Tvitter" hesabında yazıb. 

 

Trenajor zalından məşq şəklini paylaşan Mahir bu sözləri yazıb: “Kimsə mənə istirahət gününün nə demək olduğunu izah edə bilər?”

Qeyde edək ki, ilk koronavirus testi müsbət çıxan M.Emreli DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyunu buraxıb. Ancaq onun sonrakı iki testi mənfi çıxıb. Bu səbəbdən karantinə ehtiyac qalmayıb. Emreli Polşa çempionatının növbəti turunda keçiriləcək “Lex”lə görüşdə iştirak edə biləcək.


Xəbər xətti