“Qarabağ”ın keçmiş futbolçusu ilk filmini təqdim etdi

Sportarena.az      15 Oktyabr 2021 , 00:19

"Qarabağ"ın keçmiş qapıçısı Hannes Halldorsson London Film Festivalında "Cop Secret" adlı ilk filmini təqdim edib.


Sportarena.az xəbər verir ki, hazırda "Valur" klubunda çıxış edən və rejissor kimi də fəaliyyət göstərən 37 yaşlı qolkiper bir neçə soyğunçuluğun araşdırılması zamanı iş ortağına aşiq olan polis məmurundan bəhs edən film çəkib.

 

İslandiyalı qolkiper daha əvvəl 2018-ci Rusiyada keçirilmiş dünya çempionatı zamanı sponsorlardan birinin reklam çarxlarını ərsəyə gətirib.


İslandiya millisinin sabiq qapıçısı 2019/2020 mövsümündə "Qarabağ"ın formasını geyinib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin