"Barselona" yarımmüdafiəçisi ilə müqavilənin müddətini 2026-cı ilə qədər uzadıb

01:23 15 Oktyabr 2021

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi Pedri ilə sözləşmənin müddətini uzadıb. Yeni müqaviləyə əsasən, 18 yaşlı yarımmüdafiəçi 2026-cı ilədək La Liqa klubunun şərəfini qoruyacaq. Gənc oyunçunun sərbəst qalmaq məbləği 1 milyard avro təyin olunub.

 

Qeyd edək ki, Pedri "Barselona"ya 2020-ci ilin yayında "Las Palmas"dan transfer olunub. İspaniya millisinin üzvü "Barsa"nın heyətində meydana çıxdığı 56 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti