DÇ-2022: Braziliya və Argentina növbəti qələbəsini qazanıb

13:31 15 Oktyabr 2021

Argentina yığması DÇ-2022-nin seçmə mərhələsinin 12-ci turunda Perunu qəbul edib.

Sportarena.az xəbər verir ki, Buenos-Ayresin “Monumental Antonio Vespucci Liberty” stadionunda keçirilən görüş Argentina millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Argentina - Peru - 1:0

Qol: Martines, 43

Braziliya - Uruqvay - 4:1

Qollar: Neymar, 10, Rafinya, 18, 58, Barbosa, 83

Argentina yığması bu qələbədən sonra 25 xalla ikinci yerdə qərarlaşıb. Qrup lideri Braziliyanın 31 xalı var. 


Xəbər xətti