Kamran Quliyev: "Neftçi"nin 40 faiz gəliri digər sponsorlardan, UEFA yarışlarından və futbolçu satışındandı"

Sportarena.az      15 Oktyabr 2021 , 13:49

“Çempion olan komandaya diqqət artır. Nə qədər çempionluğumuz çox olsa, sponsorlar “Neftçi”yə diqqətini göstərəcək. İstədiyimiz qədər partnyor varmı? Heç vaxt istədiyimiz qədər ola bilməz. Biz daha çox istəyirik. Lap yaxın gələcəkdə biz sizi yeni layihələrlə bağlı dəvət edəcəyik”.

Sportarena.az xəbər verir ki, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev jurnalistlərə açıqlamasında deyib.

O, klubun UEFA-dan və futbolçu satışından pul əldə etdiyini bildirib: “Baş sponsor dəstəyi 60 faizdirsə, qalan 40 faizlik gəlirimiz kommersiya yönümlüdür. UEFA yarışlarından, futbolçu satışından da pul qazanırıq. Təbii ki, məqsədimiz gələcəkdə həmin faiz göstəcəcilərini bərabərləşdirməkdi".


Klub prezidenti təlim-məşq bazasında aparılan işlər haqda da məlumat verib: "Binanın tikintisi 5 ay öncə başa çatıb. Sadəcə binanın iç işləri qalıb, dizayn, avadanlıq seçimi davam edir. Akademiyanın tikintisində də fundament işlərinə başlayacağıq. Özü də çox aktiv olaraq. Dəqiq vaxt deyə bilmərəm ki, əsas bina nə vaxta hazır olacaq. Qrafik əlimizdə olsun xəbər edəcəyik”.

“Komanda ölkə çempionatında işləri yaxşı gedir. İstənilən komanda çox sıx qrafikdə oynayanda zədələr, yorğunluqlar olur. Milli komandada oynayan futbolçularımız var. Təkcə Emin Mahmudov deyil, U-21 yığmasında oynayanlarımız var, Mamadu Kane Qvineya millisində çıxış edir. Çempionatın əvvəli həmişə çətin olur. Əvvəlki illərdə də belə idi. Amma hazırda komanda yaxşı formadadı. Ardıcıl qələbələr də buna sübutdu” -deyə, Kamran Quliyev fikirlərini yekunlaşdırıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin