Quliyev “Zenit” üzərində qələbəyə sevindi

Sportarena.az      17 Oktyabr 2021 , 12:48
Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Zenit”lə qarşılaşıb. Ayazın komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Quliyev də bu görüşün iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana buraxılıb.
 
“Arsenal” geridə qalan 11 turda 12 xal toplayıb və 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin