Ronaldo Corcinaya 105 min funt sterlinqlik hədiyyə edib - FOTO

16:12 17 Oktyabr 2021

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqesə etdiyi hədiyyə ilə diqqət çəkib.

Sportarena.az xəbər verir ki, portuqaliyalı hücumçu sevgilisinə zinət əşyalarını qoymaq üçün 105 min funt sterlinq dəyərində sandıq alıb.

 

Corcina hədiyyənin şəklini "İnstaqram" hesabından paylaşıb və bu sözləri yazıb: "Gözlərimə inana bilmirəm".

Qeyd edək ki, C.Rodriqesin zinət əşyalarına üstünlük verdiyi bildirilir.



Xəbər xətti