Elnur Əşrəfoğlunun durumu necədir?

11:57 18 Oktyabr 2021

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur.

Bu barədə jurnalistin qardaşı Rəşad Şükürov məlumat verib. O bildirib ki, E.Əşrəfoğlunun vəziyyəti ağır kritik olaraq qalır: "Hazırda qana ehtiyacı yoxdur. Qanaxması demək olar ki, dayanıb. Sadəcə ciyərlərində problem var. Həkimlər bunun üçün çalışırlar".

 

Xatırladaq ki, "Yeni klinika"ya yerləşdirilən Elnur Əşrəfoğlunun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb (lent.az).


Digər xəbərlər

Xəbər xətti