“Keşlə” 600-cü oyununu keçirdi

Sportarena.az      18 Oktyabr 2021 , 12:53

“Keşlə” Azərbaycan çempionatlarında 600-cü oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, yubiley Premyer Liqanın VII turuna təsadüf edib. Sənan Qurbanovun yetirmələri səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib.

 

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş Bakı klubu ölkə çempionatında 1999/2000 mövsümündən mübarizə aparır. Paytaxt təmsilçisi bu müddətdə 277 qələbə qazanıb, 156 heç-heçə edib və 167 dəfə uduzub.

 

Qeyd edək ki, “Keşlə” çempionatdakı oyun sayında 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” daha çox (hər ikisi 832) matça çıxıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin