"Sumqayıt"dan 300-cü qol

Sportarena.az      18 Oktyabr 2021 , 15:08

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 300-cü qolunu vurub. 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, 2011/12 mövsümündən yüksək dəstədə çıxış edən “Gənclik şəhəri” təmsilçisinin yubileyi “Neftçi” ilə oyuna təsadüf edib. Premyer Liqanın VII turunun 1:1 hesabı ilə başa çatan matçında meydan sahiblərinin yubiley qoluna Murad Xaçayev imza atıb.

 

300-cü qol komandanın 307-ci oyununa təsadüf edib. Orta məhsuldarlıq 0,98-ə bərabərdir.

Qeyd edək ki, əvvəllər “Sumqayıt Şəhər” adı altında da çıxış edən klub ölkə çempionatları tarixində 300 və daha çox qol vuran 13-cü komandadır.

1-ci qol - Eşqin Quliyev

2011/12 mövsümü

06.08.2011. "Xəzər Lənkəran” – "Sumqayıt Şəhər” 2:1

100-cü qol – Orxan Əliyev

2014/15 mövsümü

14.12.2014. "Neftçi” – "Sumqayıt” 3:2

200-cü qol – Cavid İmamverdiyev

2017/18 mövsümü

02.12.2017. "Kəpəz” – "Sumqayıt” 0:3

300-cü qol - Murad Xaçayev

2021/22 mövsümü

17.10.2021. “Sumqayıt” – “Neftçi” – 1:1

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin