Azərbaycanda VAR sistemi ilə bağlı təlim başlayıb

Sportarena.az      19 Oktyabr 2021 , 10:05

Bakı Olimpiya Stadionunun iclas zalında Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlər və hakim köməkçilərinin, həmçinin birinci divizion qarşılaşmalarına təyinat alan bəzi referilərin iştirakı ilə təlimə start verilib.

 

Sportarena.az xəbər verir ki, FİFA-nın təlimatçısı Valentin İvanov ZOOM platforması üzərindən təlimə qoşularaq VAR (Video köməkçi hakim) protokolunun tətbiqi sahəsində hakimləri məlumatlandırıb.

 

Oyunlardan videogörüntülər nümayiş etdirilərək VAR-ın hansı epizodlarda, hansı qayda pozuntularında və nə zaman müdaxilə etməli olduğunu iclas iştirakçılarının diqqətinə çatdırılıb.

 

İki gün davam edəcək təlimdə İvanov və AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik VAR protokolu barədə ədalət təmsilçilərinin suallarını cavablandıracaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin