“Qarabağ”ın rəqibi ingiltərəli milyarderə satıldı

Sportarena.az      19 Oktyabr 2021 , 16:18

Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Kiprin "Omoniya" klubu İngiltərədə yaşayan milyarder Con Xristoduluya satılıb.

 

Sportarena.az xəbər verir ki, kiprli biznesmen hazırkı investor Stavros Papastavruya 28 milyon avro ödəyib. Artıq bu barədə UEFA da məlumatlandırılıb.

 

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının 2-ci turunda “Omoniya”ya 4:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab oyunu noyabrın 25-də Tofik Bəhramov adına Respublika Stadionda keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin