Beynəlxalq Cüdo Federasiyası Elnur Əşrəfoğlunun vəfatı ilə bağlı başsağlığı verdi

Sportarena.az      20 Oktyabr 2021 , 10:36
Beynəlxalq Cüdo Federasiyası (İJF) koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu (Şükürov) haqqında məqalə hazırlayıb. Sportarena.az xəbər verir ki, İJF-nin rəsmi saytında dərc olunmuş "Cənab No Problem bizi tərk etdi" başlıqlı yazıda Elnur Şükürovun 47 yaşında koronavirusdan vəfat etdiyini bildirilib.
 
Əşrəfoğlunun Bakıya səfər zamanı İJF prezidenti Marius Vizerdən müsahibə alan ilk yerli jurnalist olduğu vurğulanıb: "Elnur karyerası ərzində 1996-cı il Atlanta olimpiadasından Tokio-2020 Yay Olimpiya Oyunlarınadək bir çox olimpiadalara qatılıb və 100-dən çox ölkəni ziyarət edib. İngiltərənin "Liverpul" klubunun çılğın azarkeşi idi. Klubun "heç vaxt tək gəzməyəcəksiniz" şüarı onun şüarı oldu. Həmişə gülümsəyərək hər kəsə problemləri həll etməyə kömək edərdi".
 
Mətndə İJF-nin Media komandasından Pedro Lasuenin də Elnur Əşrəfoğlu ilə bağlı fikirləri yer alıb.
 
Son olaraq bildirilirb ki, onun üçün həm Azərbaycanda, həm də dünyada cüdo ailəsində çox darıxacaqlar.
 
İJF mərhumun ailəsinə, yaxınlarına başsağlığı verib: "Hörmətli Elnur, heç vaxt tək gəzməyəcəksiniz".
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin